Baş Bayrağın demontajının əsil səbəbi...

Deməyə sözüm var...
Contact.az
 
Paytaxtda, sonra isə ölkədə Bakıda respublikanın Baş Bayrağının sökülməsi və bunun Azərbaycanın öz dövlət müstəqilliyindən Rusiya qarşısında imtina etməsinin əlaməti olduğu haqda şayiələr yayıldı.
 
 Bəziləri isə bunun Azərbaycan Bayrağının Tacikistan Bayrağından hündür və yenidən dünyada ən uca bayraq olması üçün onun dirəyinin uzadılması niyyəti ilə bağlı olduğunu deyirlər.
Şayiələrə təkan verən Bayraq Meydanında açıq şəkildə aparılan işlər oldu: açıq görünürdü ki, bayraq dirəyini həqiqətən sökürlər.
Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov Report agentliyinə izah etdi ki, bayraq dirəyinin sökülməsi barədə məlumatlar həqiqətə uyğun deyil.
O qeyd etdi ki, Bayraq Meydanında quraşdırılmış dirək texniki xarakteristikalarına görə texnoloji baxımdan mükəmməl qurğudur. Dövlət Bayrağı Meydanının yaranmasından 7 il keçir. Təlimata əsasən, müntəzəm olaraq bayraq dirəyinə ümumi texniki baxış və onun qiymətləndirilməsi üzrə iş aparılmalıdır. "Bu dəfə əsaslı texniki baxış keçiriləcək".
"Turan" Bakıda Bayraq Meydanının tikintisinə aidiyyəti olan və adının çəkilməsini istəməyn ekspertin rəyini dərc edir:
"Bayrağı bütün dünyada bu cür tikinti ilə məşğul olan Trident Tech şirkəti qurub. Əslində, bayraq dirəyinin bütün mühəndislik hissəsi Dubay, Tacikistan və bir çox digər ölkələrdə olduğu kimidir. Amma heç bir mühəndis bayraq və dirəyin bu qədər böük qüvvənin - küləyin təsirinə məruz qalacağını təsəvvür etmirdi. Yəni bilirdilər ki, bizdə daim güclü küləklər olur, amma onların bu qədər qüvvəyə malik olacağını gözləmirdiər.
Elə ilk günlərdən bayraqlar küləyin təzyiqinə dözməyərək parçalanmağa başladı. Buna görə bizim küləklərə dözə bilən xüsusi parça hazırladılar və o, küləklərin öhdəsindən az-çox gəlirdi. Əslində, küləyin həmlələrindən mühafizə konstruksiyası elə qurulub ki, dirək hər bir küləyin təsirindən daim tarım vəziyyətdə olur, amma fırtına küləyindən yox. Küləyin qüvvəsi üzrə limitlər vardır. Bizdə çox vaxt bu limitlər pozulurdu, buna görə də bayrağı endirməli olurduq.
Amma bayraq dirəyi öz mühəndis konstruksiyasına görə günlərlə, həftələrlə bayrağın çəkisinə görə nəzərdə tutulmuş gərilmənin olmadığı vəziyyətdə qalmaq üçün hesablanmamışdı. Güclü küləklər zamanı endirilən bayraqdan gərilmə olmadığından dirək tikişsiz konstruksiyanın daxili sistemini tədricən dağıdan çox güclü rəqs etməyə başlayırdı.
Yeni bayraq dirəyi köhnəsi söküləndən və yeni bünövrə tikiləndən sonra ucaldılacaq. Bayraq dirəyinin diametri daha böyük olmalıdır, bu isə bünövrəyə düçən yükü artıracaq. Yeni layihə ən azı bir il müddətinə nəzərdə tutulub. Ümid edirəm ki, 2018-сi ilədək, Respublikanın 100-illiyinə həsr olunmuş parada qədər çatdıracaqlar", - deyə ekspert əlavə etdi.
Azərbaycanın ən böyük Bayraği 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanında ucaldılıb. Tədbir hərbi orkestrinin musiqi ifası və uşaq xorunun Dövlət Himnini səsləndirməsi ilə başlandı. Nəhəng bayrağı onlarla insan çiyinlərində aparırdı, sonra isə onu 162 metr hündürlüyə qaldırdılar. Dövlət Bayrağı Meydanında 60 hektar ərazidə bütün zəruri infrastruktur yaradılıb.
Bayraq dirəyinin hündürlüyü 162 metr, onun oturacağının diametri 3,2 metr, yuxarı hissəsinin diametri isə 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının Gerbi, Dövlət Himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.
2010-cu il sentyabrın 3-də Bayraq yenisi ilə əvəz olunub, çünki fırtınalı külək onu parçalamışdı. 2011-ci il fevralın 2-də gecə güclü külək zamanı bayraq dirəyi çox bərk tərpənməyə başladı. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, mütəxəssislərin həyata keçirdiyi zəruri və təxirəsalınmaz təhlükəsizlik və profilaktika tədbirləri rəqsləri dayandırdı, Bayraq bir müddətə endirildi, 220-tonluq bayraq dirəyinin düşə biləcəyi təhlükəsi üzündən yaxınlıqdakı 9-mərtəbəli evin sakinləri isə evakuasiya olundu.