​"Barselona"dan Arda açıqlaması: Yaxşı oyunçudur, ancaq...

Baxış sayı:
2756

"Barselona"nın baş məşqçisi Ernesto Valverde Arda Turanın "Başakşəhər"ə icarəyə verilməsinə münasibət bildirib.
Muxalifet.az-ın yaydığı xəbərə görə, bununla bağlı o deyib: "Futbol elə bir oyundur ki, baş məşqçilər seçimlər etmək məcburiyyətindədirlər. Arda yaxşı oyunçudur, amma bəzən başqa bir seçim etməli olursunuz. "Barselona"nın möhtəşəm futbolçulara sahib olduğunu və burada qalmağın çətinliyini anlamalıyıq. Ardaya Türkiyədə uğurlar arzulayıram".
Qeyd edək ki, "Barselona" 2.5 illiyə Ardanı "Başakşəhər"ə icarəyə verib.