Barselonada terror: yük maşınını kütləyə çırpdı - 13 nəfər ölüb, 20 nəfər xəsarət alıb

İspaniyanın Barselona şəhərində naməlum şəxsin idarə etdiyi furqon tipli yük avtomobili kütləyə çırpması nəticəsində 13 nəfər ölüb, azı 20 nəfər xəsarət alıb.
 
Sürücü insidentdən dərhal sonra hadisə yerindən qaçıb.
 Polis hadisəni terror aktı adlandırıb.
 Hadisə yerinə xeyli polis əməkdaşları və həkim briqadaları cəlb edilib.