​BARSELONADA BİR DÖVRÜN SONU: Siyasət futbolun qapısına zərbə vurdu - Messi...

Hurriyyet.org xəbər verir ki, İspaniyanın müstəqillik istəyən Kataloniya əyalətinin “Barselona” futbol klubu ilə bağlı yenilik Avropa idman gündəminin bir nömrəli xəbərinə çevrilib.
Messinin yanvar transferi dövründə “Barselona”nı tərk edəcəyi deyilir.
Dünən gecə “Yuventus”la qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Messinin kefinin olmaması və heç kimlə danışmaması bu iddiaları daha da gücləndirib.
Messinin dünyanı şok edəcək addımı dünən atdığı və yanvar transfer pəncərəsi zamanı ayrılacağı artıq rəsmən açıqlanmaq üzrədir. Yeni müqaviləsini hələ imzalamamış argentinalı superulduz Lionel Messinin kluba komandadan ayrılmaq istədiyini rəsmən bildirdiyi deyilir.
Məçqçidən küsüb, siyasətdən bezib?
Kataloniya mətbuatı Messinin axşam boyunca baş məşqçi Ernesto Valverdo ilə bir kəlmə də danışmadığını yazıb. Ulduz futbolçu gedişinə səbəb olaraq Katolinayada baş verən siyasi hadisələri göstərib.
Növbəti dayanacaq: “Mançester Siti”?
“Barselona”ya saysız kubok və uğur qazandıran ulduz futbolçunun Barselonadan sonrakı dayanacağının “Mançester Siti” ola biləcəyi iddia edilir.
Messinin dünən gecə “Yuventus”la qarşılaşmada ehtiyat skamyasında oturması və kefsiz olması ispan mətbuatında da öz əksini tapıb. Qəzetlər Çempionlar Liqası kimi hər bir ötürmə və qolun mühüm olduğu bir səhnədə Ronaldo ilə yarışan Messinin oyuna ehtiyatda başlamasının suallar doğruduğunu yazıb.