Barselona və Madriddə metro işçiləri tətilə başladı

Baxış sayı:
250

Bu həftə Barselona və Madriddə metro işçiləri yenə də tətil ediblər.
Muxalifet.az xəbər verir ki, bu gün Barselona metropoliteninin əməkdaşları stansiyaların tikintisində zərərli asbestdən istifadə olunmasına qarşı etiraz aksiyasına başlayıblar. Metro gün ərzində fasilələrlə - səhər saatlarında normanın 40 faizi, axşam saatlarında 20 faizi qədər işləyib.
Madriddə bazar ertəsi başlayan tətil çərşənbə axşamı və çərşənbə günlərində davam edəcək.