Barselona meri Kataloniyanın müstəqilliyinə qarşı çıxdı

Barselona meri Ada Kolau Kataloniyanın müstəqilliyinin əleyhinə çıxıb. 
Bunu jurnalistlərə açıqlamasında merin özü söyləyib. 
Onun sözlərinə görə, müstəqillik referendumu hələlik müstəqillik üçün əsas ola bilməz. O, həmçinin Kataloniyada baş verənləri İspaniyada ən ciddi böhranlardan biri adlandırıb.