Barselona” doğma meydanda “Valensiya” ilə bacarmadı

Baxış sayı:
874

İspaniya La Liqasının 22-ci turunda "Barselona" doğma meydanda "Valensiya"nı qəbul edib.

Muxalifet.az xəbər verir ki, oyun 2:2 hesabı ilə başa çatıb.

Oyunda hesabı 24-cü dəqiqədə Qameyro açıb. 32-ci dəqiqədə isə Parexo penalti zərbəsini dəqiq yerinə yetirərək qonaqları hesabda irəli çıxarıb. Lakin 39 və 63-cü dəqiqələrdə Messi dubl etməklə oyunda tarazlığı bərpa edib.

Bununla da, "Barselona"nın qələbə seriyasına son qoyulub və hazırda 50 xalla birinci yerdə, "Valensiya" isə 30 xalla 7-ci yerdədir.