"Barselona" Çempionlar Kubokunda "Real"ı məğlub etdi - VİDEO

Görüş göy-qırmızıların 3:2 hesablı qələbəsi ilə başa çatıb
 
"Barselona" Beynəlxalq Çempionlar Kubokunda "Real"ı məğlub edib.
Görüş Mayamidəki "Hard Rok" stadionunda baş tutub və "göy-qırmızılar"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Barselona" üç oyundan üç qələbə qazanaraq turnirin qalibi olub. Kataloniyalılar Madrid klubu ilə yanaşı "Yuventus" (2:1) və "Mançester Yunayted"i (1:0) məğlub ediblər. "Real" turnir çərçivəsində keçirdiyi hər üç oyunda məğlubiyyətə uğrayıb.
Beynəlxalq Çempionlar Kuboku
"Real Madrid" – "Barselona" - 2:3
0:1 – Messi – 3, 0:2 – Rakitiç – 7, 1:2 – Kovaçiç – 14, 2:2 – Asensio – 36, 2:3 – Pike – 50.