​“Barselona” Ardanı su qiymətinə satır - Transfer dəyəri açıqlandı

Baxış sayı:
3084

“Barselona” türkiyəli futbolçu Arda Turanın transfer dəyərini açıqlayıb.
Katalonlar ulduzun transferi üçün 20 milyon avro tələb edib.
Dünən bayram şənliyi üçün bir araya gələn klub gələn ilin yanvar ayında baş tutacaq transferlərin detallarını bölüşüb. İdarə heyətində səlahiyyəti olan bir şəxs isə türkiyəli ulduzun transferi üçün hər şərti asanlaşdırdıqlarını bildirib.
Ancaq Ardaya elçi düşən heç bir klub hələ ki, bu məbləği ödəməyə razı olduğunu bildirməyib.
Qeyd edək ki, Arda Turan 2015-ci ildə “Atletiko Madrid”dən “Barselona”ya 35 milyon avro qarşılığında transfer olunmuşdu.
“Transfermarkt” saytı isə Ardaya 15 milyon avro transfer dəyəri qoyub(publika.az).