Barış Selena Qomezin dünya rekordunu təzələdi

Baxış sayı:
3021

Hazırda "Survivor" yarışmasında iştirak edən aktyor Barış Murad Yağcı dünya rekorduna imza atıb.

Muxalifet.az axşam.az-a istinadən bildirir ki, yarışmada mükafat qazanan aktyorun Dominikan adasında lentə aldığı görüntüləri İnstaqram hesabında yayımlanıb.

Barış izləyicilərindən aldığı 10 milyon şərhlə İnstaqramda ən çox rəy alan post ünvanını qazanıb və rekorda imza atıb.

Qeyd edək ki, bu rekord daha öncə məşhur amerikalı müğənni Selene Qomezə daha sonra isə futbolçu Dieqo Kostaya məxsus olub.