“Barış pınarı”: 702 terrorçu zərərsizləşdirilib

Baxış sayı:
289

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi “Barış pınarı” əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı artıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi yeni məlumat yayıb. Bildirilib ki, əməliyyat başlayandan indiyədək 702 PKK / PYD-YPG terrorçusu zərərsizləşdirilib. Hazırda antiterror əməliyyatları uğurla davam etdirilir.

Qeyd edək ki, Türkiyə ordusu oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” əməliyyatına başlayıb.