"BARIŞ BULAĞI" BÖLGƏSİ - Türkiyəyə qarşı yönələn 75 raket, 1 ton ammoium-nitrat...

Baxış sayı:
7090

"Barış bulağı" bölgəsini terrordan təmizləməyə davam edən türk hərbçiləri Tel Abyadda əldəqayırma partlayıcı istehsal edən emalatxana və partlayıcı istehsalında istifadə edilən 1 ton ammonium-nitrat  müsadirə edib.

Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi verib.

Xüsusi təlim keçmiş köpəklərin köməyi ilə 400-dən artıq mina və partlayıcı zərərsizləşdirilib.

Tankəleyhinə texnikalar ələ keçirib. Türkiyəyə qarşı istiqamətləndirilmiş 75 ədəd raket aşkar edilib.

Əməliyyat bölgəsində saxlanılan 2-si yaralı olmaqla, 18 nəfər Suriya hökuməti döyüşçüsü rusiyalılara təslim edilib.