Bara hücum zamanı öldürülənlərin sayı 30 nəfərə çatıb - MEKSİKADA

Baxış sayı:
3629

Meksikanın Verakrus ştatının Koaçakoalkos şəhərində bara hücum zamanı öldürülənlərin sayı 30 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə regionun Səhiyyə Nаzirliyi məlumat yayıb.

Bildirilir ki, hücum zamanı yanıq xəsarəti almış gənc xəstəxanada ölüb. Məlumata görə, daha 3 yaralı xəstəxanada müalicə olunur.

Hüquq-mühafizə orqanları cinayətlə bağlı təhqiqatı davam etdirirlər. Hadisəni törədənlərin saxlanılması barədə məlumat yoxdur. Meksika prezidenti Andres Manuel Lopes Obrador müqəssirlərin cəzalandırılacağını vəd verib.

Bu xəbər həm də başqa dillərdə mövcuddur: