​Baqdasaryan ŞOK FAKTI AÇDI: Seçki günü Paşinyanın...

Baxış sayı:
6451

“Seçkilərdə “Mənim adımım” blokunun xeyrinə total saxtakarlıqlar edildi”.
Muxalifet.az xəbər verir ki, bu barədə Respublika Partiyasından deputatlığa namizəd Vaqram Baqdasaryan deyib.
Onun sözlərinə görə, seçicilər “Mənim addımım” blokunun adına yazılmış 4 bülleteni eyni anda seçki qutusuna atırdılar.
“Xüsusi tutulmuş adamlar əvvəlcədən “Mənim addımım” blokunun adının qeydə olunduğu bülletenləri paket halda qutulara atırdılar. Seçkilər də kütləvi saxtakarlıq edildi”, - deyə o bildirib.
Qeyd edək ki, dünən Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku qalib gəlib. Respublika Partiyası isə ümumiyyətlə parlamentə düşə bilməyib.