​Baqajdan beşbarmaq çıxdı

Gömürük əməkdaşları sərhəddə soyuq silah aşkar ediblər.
Muxalifət.az xəbər verir ki, Gömrük Komitəsinin yaydığı məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşına məxsus baqaja rentgen aparatıyla baxış zamanı monitorda "beşbarmağ"ın təsvirləri görünüb. Bu səbəbdən baqaj təkrar yoxlanılıb. Nəticədə, baqajin içərisindəki şəxsi əşyaların arasında 2 ədəd "beşbarmaq" aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.