Bankomatdan pul oğurlayan şəxs tutulub

Onu Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin əməkdaşları saxlayıb
 
Bakıda qadının pulunu bankomatdan oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi xəbər verir ki, Bakı şəhər sakini olan bir qadının 318 manat pulunu bankomatdan oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Murad Əliyev Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.