​Bankların filialları bağlandı

Cari ilin oktyabr ayının 1-nə banklar filiallarının sayı 557 ədəd təşkil edib.
Muxalifet.az Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı icmala istinadən xəbər verir ki, sentyabr ayının əvvəlinə ölkədə 560 bank filialı fəaliyyət göstərib.
Bank şöbələrinin sayı 142, ATM-lərin sayı 2,486 ədəd təşkil edib. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,340 nəfər olub. Bu da sentyabrın əvvəli ilə müqayisədə 173 nəfər artım deməkdir.
Qeyd edək ki, hazırda ölkədə fəaliyyət göstərən 123 bank olmayan kredit təşkilatlarının 178 filialında 2324 nəfər işçi çalışır.