​Bank rəhbəri 17 milyon dolları götürüb ölkədən qaçdı

Rusiyanın ən böyük bankı olan “Sberbank”ın Çeçenistan filialının rəhbəri Seyid-Məhəmməd Cəbrayılov pul vəsaitlərinin qeyri-qanuni nağdlaşdırılması əməliyyatlarında iştirakına görə axtarışa verilib.
Çeçenistan Respublikası DİN-in mətbuat xidməti xəbər verir ki, cinayət işinin materiallarına görə, Cəbrayılov 12 saxta firma yaradaraq, qeyri-qanuni bank əməliyyatları vasitəsilə təxminən 1 milyard rubl məbləğində vəsaiti (17 milyon dollar) nağdlaşdıraraq mənimsəyib.
Əldə olunmuş məlumatlara görə, Seyid-Məhəmməd Cəbrayılov hazırda Rusiyanın sərhədlərindən kənarda gizlənir(Virtualaz.org).