Bank müdirindən “6 milyon dolları sel apardı” iddiası: ÖLKƏ QARIŞDI

Baxış sayı:
394

İraqda Mərkəzi Bankın sədri Əli Allak-ın, 5 il əvvəl təxminən 6 milyon dollarlıq əskinasların yağışların yol açdığı sel nəticəsində zərər görərək istifadəyə yararsız hala gəldiyini açıqlaması ölkədə "korrupsiya cinayəti" müzakirələrinə səbəb olub.
 
Mərkəzi Bank Ali Allak-ın bu açıqlaması "İraqda korrupsiya həyata keçirildi" mübahisələrini bərabərində gətirib.
Onun açıqlamalarına reaksiya göstərən Şiə lider Mukteda əs-Sədr, banknotların istifadəyə yararsız hala gəlməsinin arxasında pozuntuların yatdığını önə sürərək, buna səbəb olanların məhkəməyə təslim edilməsini istəyib.
Ölkə vətəndaşları, Allak-ın açıqlamalarının həqiqət olmadığını deyiblər.Buna missal olaraq sosial mediada "İraqdakı kağız pulların uzun saatlar suda qalsa belə, zərər görməyəcəyinə" diqqəti çəkiblər. Sosial mediada "kağız pulların saatlarla içində su olan stəkanda saxlanıldığını göstərən" video materiallar dərc olunub.
Müxalifət.az