​“Bandotdel”də olduğu deyilən GÜNAYDAN XƏBƏR VAR - Açıqlama

Baxış sayı:
6880

Müğənni Günay İbrahimlinin mətbuat xidmətinin rəhbəri sənətçinin Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılması ilə bağlı yayılmış məlumata münasibət bildirib.
Muxalifət.az-ın xəbrinə görə, bu barədə Teleqraf.com-a açıqlama verən Elvin Elxan mətbuatda sənətçi ilə bağlı yayılmış iddianın əsassız olduğunu deyib:
 “Belə bir rəsmi məlumat yoxdur. Mətbuatda yayılmış məlumatlarla tanışam. Əsassız iddialardır. Günay İbrahimli hazırda Türkiyədədir”, - deyə o qeyd edib.
Qeyd edək ki, mətbuatda müğənni və anasının bir neçə dəfə Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırıldığı barədə məlumat yayılıb.
Məlumata görə, xanım sponsoru Günay İbrahimlini külli miqdarda pulunu mənimsəməkdə ittiham edir. İş adamı Nuriyyə Əhmədova ''Bandotdel''ə yazdığı şikayət ərizəsində göstərib ki, G.İbrahimlinin klip çəkdirməsi, yeni mahnıları, telekallarda reklamı üçün 300 min manata qədər pul xərcləyib. Lakin müğənni həmin məbləği geri qaytarmayıb.
Şikayət əsasında G.İbrahimli və anası idarəyə çağırılaraq izahatları alınıb.