​Balıqdan zəhərlənənlərdən ikisinin vəziyyəti ağırdır - Şabranda

Baxış sayı:
5680

Qida Təhlükəsizliyi Agentliyi də Şabrandakı zəhərlənmə ilə bağlı məlumat yayıb.
"Qafqazinfo"ya daxil olan açıqlamada qeyd olunur ki, sentyabrın 4-də gecə saatlarında quruma Şabran rayonunda baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı məlumat daxil olub. Agentliyin mütəxəssislərindən ibarət işçi qrup hadisənin araşdırılması və zəruri tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə ezam olunub. İlkin araşdırmalar zamanı zəhərlənmənin iki ayrı qrup arasında baş verdiyi məlum olub. 
Dörd nəfərdən ibarət birinci qrup Şabran rayonu Nizami küçəsində Məcidov Fuad Akif oğlu tərəfindən satılan hisə verilmiş balıq məhsulunu aldıqdan və qəbul etdikdən sonra, həmin şəxslərdə qida zəhərlənməsi əlamətləri müşahidə olunmuş və qida zəhərlənməsi diaqnozu ilə Şabran rayonu xəstəxanasına yerləşdirilib. Daha sonra onların vəziyyətinin ciddiliyi nəzərə alınaraq, Bakı şəhərində yerləşən Klinik Tibbi Mərkəzə köçürülüb. Hazırda həmin dörd nəfərdən ikisinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.