​Balaxanıda ağır qəza: 2 nəfər öldü

Baxış sayı:
7243

Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, avqustun 8-də saat 23 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində qəsəbə sakinləri Kamran Muradovun idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarında dayanmış Ziya Dövlətovun idarə etdiyi “Hyundai HD” markalı avtomobilə vurub.
Xəstəxanaya yerləşdirilmiş hər iki sürücü orada ölüblər.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.