​Balakəndə daha bir intihar – ÖZÜNÜ BIÇAQLADI

22 yaşlı Balakən rayon sakini özünü bıçaqlayıb.
Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, iyunun 3-ü axşam saat 18 radələrində rayonun Talalar kənd sakini, 1994-cü il təvəllüdlü Fərid İnqilab oğlu Bayramov qarın boşluğunun kəsilmiş-deşilən və daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsi zamanı məlum olub ki, əsəb xəstəliyindən əziyyət çəkən 22 yaşlı Fərid Bayramov özü-özünə bıçaqla xəsarət yetirib. Fərid Bayramovun üzərində cərrahiyə əməliyyatı olunub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.