​Balakəndə ağır yol QƏZASI - ölən var

Baxış sayı:
6721

Balakən ölümlə nəticələnən yol qəzası olub.
“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə gecə saat 1 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Balakən rayonu Poçtbinə kəndi ərazisindən keçən hissəsində baş verib.
1985-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunda doğulan, hazırda Balakən rayonunda yaşayan Ülvi Mütəllim oğlu Əliyev idarə etdiyi minik avtomobili ilə yol qəzası törədib. O, qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Ü.Əliyev Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.