“Baktelekom”un vətəndaşlardan OĞURLADIĞI MİLYONLAR – Minlərlə internet istifadəçisi necə aldadılır... / FOTOFAKT

Baxış sayı:
355

Məmməd Həmidov: “Bu əməlin adı konkret olaraq dələduzluq cinayətidir”

Bakı şəhəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə ev 22-də yaşayan Məmməd Həmidov tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə, Baş nazır Əli Əsədova və Baş prokuror Zakir Qaralova müraciət edən şikayətçi yazır:
“Cənab nazir Ramin Quluzadə!
Prezident İlham Əliyev Sizə bu vəzifəni etimad göstərəndə gözləyirdi ki, bu sahədə islahatlar keçiriləcək. Nazirliyin başqa xidmət sahələri haqqında ətraflı nəsə deyə bilməsək də, “Baktelekom” MMC-də İnternetprovaydrein iş prinsipi günü-gündən pisləşmək üzrədir.
Bir neçə il əvvəl ADSL dən istifadə edərkən aylıq sürətin az olmasını nəzərə alaraq 20 manatlıq aylıq ödənişdən 10 manatlıq ödənişə keçmişdim. Çünki heç bir fərq hiss olunmurdu. Budur, indi sürətli internet lazım olduğundan 5 MGB/s internet sürəti üçün ərizə versəm də sürət 0,87 olur(Son günlərin fotoları təqdim olunur). Yəni heç 1 Mgb/s-ə çatmır.

Dəfələrlə “Baktelekom”un internet şöbəsilə, ATS-lə əlaqələr saxlamışam. Xeyri olmadı. ATS işçisi Samir gəlib evdə telefon xəttinə baxış keçirdi və rəy verdi ki, hər şey qaydasındadır. Amma yenə də internetin sürətinin qaldırılması mümkün olmadı. Budur, bu gün 3 noyabrda, səhər saat 11-də 0.87 Mgbt /s göstərir, 5 MgB/s əvəzinə. Bu konkret cinayət faktıdır.
Deməli, mənim kimi minlərlə ADSL istifadəçiləri dövlətin rəsmi orqanını idarə edən dələduzlar tərəfindən etimadımızdan süi-istifadə edilərək rəsmən aldadılırıq və nəticədə pulumuz mənimsənilir. Bu əməlin adı konkret olaraq dələduzluq cinayətidir.

Doğrudur, əvvəlki illərdə Hüseynov Beytulla adlı milliyyəti dəqiq bilinməyən, lakin sifətindən aydın seçilən fərdin BİTRİB rəisi (faktiki isə nazir) işlədiyi dövrdə də “Bakinternet”lə bağlı bu cinayətlər davam edir, internetə lazım olan CİSCO avadanlıqları şişirtmə qiymətlərlə alınıb balnsa daxil edilir, Bakı şəhərinin hər bir rayonunda guya yenidən kabelləşmə işlərinin aparılması barədə Beytullanın arvadının adına olan firmalarla gen bol müqavilələr bağlanır və real işlər isə kağız üzərində qalırdı. Əslində isə telefon xəttlərinin və internetin düzgün işləməsi adı altında həyata keçirilən layihələrdə məqsəd BTRİB büdcəsinə daxil olan milyonlarla manat pulları mənimsəmək olmuş və faktiki olaraq mənimsənilmişdir. Və çox təəssüflər olsun ki, təkcə BTRİB üzrə mənimsəmələrin yalnız 5 faizi istintaq zamanı üzə çıxarılmışdır. Nəticədə Bakı şəhərində yaşayan mənim kimi minlərlə insan yaxın keçmişimizdə baş vermiş külli-miqdarda dövlət əmlakının mənimsənilməsinin nəticəsi olaraq internet və telefon sistemi bərbad vəziyyətə düşmüşdür.
Cənab Baş nazir və cənab Baş prokuror!
Xahiş edirəm internetlə bağlı “Baktelekom” MMC də baş vermiş və verməkdə davam edən fəsadların qarşısının dərhal alınması üçün son 12 il ərzində bu sahəyə qoyulmuş milyonlarla manat vəsaitlərin  reallıqda nə qədərinin mənimsənilməsi faktlarının araşdırlmasına müvafiq göstəriş verəsiniz ki, bu gün vətəndaşlarımızın təkcə internet üçün ödədikləri pullarının mənimsənilməsilə yanaşı əziyyət çəkməsinlər. Əvvəlcədən təşəkkürlər”.


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.