“Baksol”da evlər yandı - VİDEO

Baxış sayı:
205

Bakı şəhəri, Nərimanov rayonu, “Baksol” yolunun yaxınlığında yerləşən evlərdə yanğın hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində bir ev tamamilə yanıb, digər evə və minik avtomobillərinə ziyan dəyib. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva “Qafqazinfo”ya bildirib ki, yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinə çağırış saat 10:01-də olub:

“Yanğın nəticəsində ümumi sahəsi 100 kv.m olan evin yanar konstruksiyaları, Mətləb Poladava məxsus “Vaz 21 04” markalı avtomobil və həmin ərazidə yerləşən 7 otaqlı evin dam örtüyü yanıb. Evin qalan hissəsi və digər evlər yanğından mühafizə olunub”.

Yanğın söndürülüb. Hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.