​"Bakmil" stansiyası bu saata qədər bağlı qalacaq

Baxış sayı:
7105

Dekabrın 10-dan "Bakı Metropoliteni" QSC-nin "Bakmil" stansiyasına giriş-çıxış məhdudiyyəti saat 08:20-dən 18:00-a qədər davam edəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə  qurumdan bildirilib.
Xatırladaq ki, hazırda məhdudiyyət saat 17:00-da qədər davam edir.Bu dəyişikliklə əlaqədar, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, saat 17:00-18:00 aralığında həmin stansiyasadan istifadə edən sərnişin axını xüsusi nəzərə alınmaqla, "Bakmil" stansiyası ilə "Koroğlu" stansiyaları arasında avtobus marşrut xətti daha intensiv fəaliyyət göstərəcək.