​Bakıya gərginliyn azalması lazım deyil - İsgəndəryan

Baxış sayı:
6805

Erməni politoloq, Qafqaz institutunun direktoru Aleksandr İsgəndəryan İlham Əliyevla Nikol Paşinyanın ayaqüstü görüşünü müsbət hadisə hesab edib.
Muxalifet.az musavat.com-a istinadla xəbər verir ki, o, Ermənistanda baş verən hadisələrdən sonra Paşinyanın mütləq kontakt yaratmaq üçün cəhd etməli olduğunu vurğulayıb.
"Bu mənada istənilən belə təmas prosesin davam etməsi üçün sərmayə sayılır”, - İsgəndəryan Ermənistanın 1-ci informasiya saytına müsahibəsində deyib.
Müxbirin “Bu görüşdən sonra nəsə dəyişə bilərmi?” barədə sualına İsgəndəryan öz maraqlarına uyğun cavab verib:
“Hesab edirəm ki, Bakıya gərginliyn azalması lazım deyil və Azərbaycan bunun üçün səbəb də axtarmır. Atəşkəs rejimi Düşənbədəki görüşdən sonra da pozulmaqda davam edir. Bakıda antiermənistan mitinqləri başlayıb ("Məhsul" stadionunda yalnız bircə mitinq keçirilib - red.). Orada isə hökumətin xəbəri olmadan (? - red.) heç nə baş vermir”.
Erməni politoloqun fikrincə, görüş Minsk Qrupundakı bir sıra təmasların ardıcıl olmasına xidmət edə bilər. Lakin o, görüşü Minsk Qrupu çərçivəsində dəyərləndirmədiyini deyib.
Aleksandr İsgəndəryan rəsmi Bakının bundan sonra da Dağlıq Qarabağın tərəf olaraq masa arxasında əyləşməsinə izn verməyəcəyini bildirib. O, bunun həm Köçəryan, həm də Serj Sərkisyan dövründə də dəfələrlə dilə gətirildiyini xatırladıb.
A. İsgəndəryan Paşinyanın Dağlıq Qarabağın 3-cü tərəf olaraq iştirak etməli olduğu barədə sözlərini daha çox daxili auditoriya üçün səsləndirdiyini vurğulayıb.