Bakıya gələnlərin şəxsiyyət vəsiqəsi yoxlanacaq? - AÇIQLAMA

Baxış sayı:
2080

"Bakıya gələn vətəndaşların fərdi qaydada şəxsiyyət vəsiqələri yoxlanılmayacaq".

Nazirlər Kabineti yanında operativ qərargahdan Teleqraf.com-un sorğusuna cavabda belə deyilib.

Məlumata görə, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş məhdudlaşdırılması ilə bağlı qərarda söhbət sərnişin daşımalarından gedir:

"Respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılır.

Məqsəd əhalinin yerdəyişməsinin, sıxlığın qarşısını almaqdır".