​Bakıya gələcək futbolçu "Çelsi"yə ultimatum verdi

Baxış sayı:
304

Londonun “Çelsi” klubunun forvardı Eden Azar klubun rəhbərliyinə ultimatum verib.
Muxalifet.az azertac-a istinadən xəbər verir ki, futbolçu artıq bu yayın əvvəlində Madridin “Real” klubuna keçmək istəyir.
Gözlənildiyinə görə, Azar “Çelsi”nin heyətində sonuncu dəfə mayın 29-da Bakıda “Arsenal” ilə qarşılaşacağı UEFA Avropa Liqasının final matçında oynayacaq.
“Transfermarkt”ın hesablamalarına görə, Azarın transfer qiyməti 150 milyon avrodur. Onun London klubu ilə müqaviləsi 2020-ci il iyunun sonunda bitir.
Xatırladaq ki, 28 yaşlı belçikalı bu mövsümdə “Çelsi”nin heyətində 51 matçda iştirak edib, 19 qol vurub və 16 nəticəli ötürmə edib.