​Bakıya ehyam vururlar, ona görə ordumuz… - Rus polkovnikdən şok

Baxış sayı:
4882

Xəzər dənizinə bağlı neft ölkələrinə Rusiyanı o qədər də sevməyən dövlətlər daha çox axın edir.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində ehtiyatda olan rusiyalı polkovnik Viktor Baranets deyib.
“Azərbaycana artıq eyham vurmağa başlayırlar ki, bizimlə dost olun və əgər neft rayonlarının bölünməsiylə bağlı problem yaransa, biz sizə kömək edəcəyik. Bu cür plan əsasında gələcəkdə yaranacaq təhlükələr də Baş Qərargahımız tərəfindən nəzərə alınır.
Qərblə yanaşı, cənub istiqamətinin də təhlükəli olmağa başladığını nə Kreml, nə də Müdafiə Nazirliyi gizlədir. Bu, bir çox faktorla bağlıdır. Bu region gələcəkdə və hətta indi energetika resurları uğrunda ümumdünya qarşıdurmalarının gedəcəyi əraziyə çevrilməyə başlayır. Məhz bura terrorçu qüvvələr toplanır. Onlar Suriyadan çıxarılır və məhz bura gəlir. Mən sizə neft qaçaqmalçılığından danışmamalıyam. Xəzər dənizi əvvəlki kimi təbii zənginlikləri bölünməyən dəniz olaraq qalır. Ona görə də onun resurslarının bölünməsi ətrafında yaranan qarşıdurma davam edəcək. Rusiyada bunu öncədən görürlər. İstənilən problemə operativ reaksiya vermək üçün Xəzər donanması sürətlə sahildən uzaqlaşıb, tapşırığı həll etmək imkanına sahib olmalıdır. Buna görə də donanmanın mərkəzi Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürülür”, – deyə o bildirib.