Bakının Tibilisi prospektində YOL SÜRÜŞDÜ, BÖYÜK ÇUXUR ƏMƏLƏ GƏLDİ – Ərazidə tıxac var

Baxış sayı:
7477

Xəbər verdiyimiz kimi, bu gecə yağan leysan yağışları səbəbindən Bakıda evləri və iş yerlərini su basıb. Paytaxtın, xüsusən də mərkəzi hissəsində avtomobillərin hərəkəti iflic vəziyyətə gəlib. Belə ki, şəhərin kanalizasiya sistemi işləmədiyindən, avtomobil yollarında suyun səviyyəsi yarım metrədək yüksəlib. Nəticədə onlarla avtomobil nasaz vəziyyətə düşərək, saatlarla suyun içində qalıb.
Muxalifet.az saytının əməkdaşları səhər saatlarından etibarən paytaxtın mərkəzi küçələrindəki vəziyyətlə yerində tanış olmaq üçün araşdırma aparır. Əməkdaşımızın verdiyi məlumata əsasən, Bakının Tibilisi prospektində yol çöküb.  
Belə ki, yağan yağışlar səbəbindən “İST petrol” yanacaq doldurma mərkəzinin yanında sürüşmə nəticəsində böyük çuxur əmələ gəlib. Bu səbəbdən, artıq saatlardır ərazidə avtomobillərin hərəkətində problem yaranıb.
Əməkdaşımızı hələ də ərazidə böyük tıxac olduğunu bildirir.
Ümumilikdə onu deyə bilərik ki, paytaxtda yağışla bağlı yaranmış problem əsasən Səbael rayonu ərazisində mövcuddur. Əməkdaşlarımız deyir ki, istirahət günü olduğundan, ərazidə vəziyyət nisbətən stabildir. Lakin mövcud problemlər tez bir zamanda aradan qaldırılmasa, həftənin ilk iş günü vəziyyət daha da acınacaqlı ola bilər.
 
Muxalifet.az
 
P.S. Mövzunu davam etdirəcəyik.