​Bakının əsas prospektində zəncirvari yol qəzası — Tıxac yaranıb

Paytaxtın Ziya Bünyadov prospektində (Atatürk prospekti ilə kəsişməyə yaxın hissədə) 3 maşının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Muxalifet.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Verilən məlumata görə, qəza səbəbindən, hazırda 20 Yanvar dairəsindən metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb.
BNA sürücülərə qəzanın nəticələri aradan qaldırılanadək alternativ yollardan istifadə etmələrini tövsiyə edir.