Bakının mərkəzini su basdı - YENİLƏNİB/VİDEO

Baxış sayı:
5065

Bakının mərkəzini su basmasının səbəbi bilinib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, ərazidə 500 mm-lik diametrli xətdə qəza baş verib:
“Bununla əlaqədar ərazidə suyun verilməsi dayandırılıb. Hazırda qəza briqadası əraziyə cəlb olunub.
Qəzanın aradan qaldırılması üçün işlər görülür. Baş vermiş qəza aradan qaldırıldıqdan sonra suyun verilməsi təmin olunacaq”.

15:25

Bu gün günorta saatlarında Bakının mərkəzini su basıb.
Hadisə Rəşid Behbudov küçəsində qeydə alınıb. 
Bu səbəbdən yolda həm piyadaların, həm də avtomobillərin hərəkətində çətinlik yaranıb.