Bakının mərkəzində yaşayış binasında yanğın davam edir - FOTOLAR (YENİLƏNDİ)
20-01-2018 10:15
Baxış sayı:
869
Bakıda yaşayış binasında yanğın davam edir.
APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, yanğının söndürülməsi üçün hadisə yerində 10-dan çox yanğınsöndürən maşın işləyir.
Hadisə yerinə təcili tibbi yardım maşını da cəlb olunub.
Külək yanğının qarşısının alınmasına çətinliklər yaradır.
Sakinlər binadan təxliyə olunub.
***
Bakıda yaşayış binasında yanğın başlayıb.
APA-nın məlumatına görə, hadisə "Azneft" meydanı yaxınlığında beşmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Alovun qarşısının alınması üçün tədbirlər görülür.