Bakının mərkəzində su OLMAYACAQ

Baxış sayı:
10219

Bakının Səbail və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq. Bu barədə Muxalifet.az-a “Azərsu” ASC-dən bildirilib. Məlumatda deyilir ki, Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 11 yanvar 2019-cu il tarixində Səbail və Nəsimi rayonlarının bir hissəsinə (mərkəzi küçələrə) içməli su gün ərzində müəyyən fasilələrlə veriləcək. Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.