Bakının mərkəzində - Səməd Vurğun küçəsində sürüşmə baş verdi - 60 METR UZUNLUĞUNDA, 3 METR ENİNDƏ

Baxış sayı:
574

"Səməd Vurğun küçəsində 60 metr uzunluğu, 3 metr enində sürüşmə qeydə alınıb".

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, AAYDA-nın əməkdaşları sözügedən ərazidə olublar, ilkin baxış keçirilib: "Müəyyən olub ki, həmin ərazidə pilot layihə əsasında yeni bina inşa edilir. Qazıntı işləri aparılarkən yolun dayanıqlığı və geoloji işlər aparılmadan tikinti işləri həyata keçirilib. Yolun sürüşməməsi üçün divar qurulmalıydı. Nəticədə, yağış yağarkən sürüşmə qeydə alınıb. Hazırda əraziyə dəymiş ziyanın məbləği ilə bağlı araşdırma aparılır. Tikinti aparan şirkət yola dəymiş ziyanı ödəyəcək. Bundan başqa, AAYDA sözügedən ərazidə bərpa işlərinə başlayıb".