Bakının mərkəzində Rüstəmbəyliyə BIÇAQLI HÜCUM

Baxış sayı:
10573

Bakıda quldurluq əməli törətmiş şəxs tutulub. Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini C.Rüstəmbəyli noyabrın 2-də saat 12 radələrində İçərişəhər M.Maqomayev küçəsindəki evlərdən birinin qarşısında 1 nəfərin onu bıçaqla hədələyib 200 manatını aldığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. tutulan şəxsin ətrafında əlavə araşdırmalar aparılır.//Publika