Bakının mərkəzində restoranda QORXUNC ANLAR - FOTO

Baxış sayı:
9250

Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi-70 ünvanında yerləşən "Təndir&Kabab" restoranının havalandırma sistemində yanğın olub. Muxalifet.az "Report"a istinadən xəbər verir ki, binanın birinci mərtəbəsinin arxa hissəsində restorana məxsus havalandırma sisteminin generatorunda qısaqapanma olub. Nəticədə elektrik kabelləri əriyib və generatorda tüstülənmə baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Restoranın yerləşdiyi binaya elektrik enerjisinin verilişi dayandırılıb. Hadisə yerinə FHN-in yanğınsöndürən maşınları cəlb olunub və yanğının qarşısı alınıb.