Bakının mərkəzində maşın 3 qızı vurdu

Bakıda 3 piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 
Lent.az xəbər verir ki, Xətai rayonu Yusif Səfərov küçəsində "Nissan" markalı, 99 CF 186 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçməyə çalışan 3 qızı vurub. Müxtəlif dərəcli xəsarət alan 22-23 yaşlı qızlar xəstəxanaya aparılıb. 
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.