​BAKININ MƏRKƏZİNDƏ BOMBA HƏYƏCANI – Prokurorluq və polis orqanları əməkdaşlarının yaşadığı binaya partlayıcı qoyulub?

Baxış sayı:
1096

Bakinin mərkəzində, Üzeyir Hacıbəyov küçəsi 53 A ünvanında yaşayış binasının blokuna partlayıcı qurğu qoyulduğu iddia edilir.
Muxalifet.az-ın məlumatına görə, hurriyyet.org-a məlumat verən sakinlər deyir ki, bu informasiya daxil olduqdan dərhal sonra əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları cəlb olunub.
Məlumata əsasən, sakinlər yaşayış binasından təxliyyə olunub. Hazırda binada axtarış tədbirlərinin həyata keçirildiyi bildirilir.
Sakinlər deyir ki, Prezident Administrasiyasının qonaq evinə (yataqxanasına) bitişik olan sözügedən binada əsasən prokurorluq və polis orqanlarının əməkdaşları yaşayır. Bu baxımdan, ərazidə təhlükəzislik tədbirlərinin gücləndirildiyi bildirilir.
 
Hurriyyet.org

P.S. Mövzu ilə bağlı əlavə məlumat verməyə çalışacağıq.