​Bakının Hitler kəşfiyyatçıları tərəfindən çəkilmiş

Baxış sayı:
3169

Azərbaycandan olan məşhur rus jurnalist və bloqqer Vyaçeslav Sapunov Bakının 1942-ci ildə faşist Almaniyasının “Yunkers” Ju-88 kəşfiyyat təyyarəsinin göyərtəsindən çəkilmiş unikal kadrlarını yayıb. Fotolar alman bundesarxivindən götürülüb.
V.Sapunov bildirib ki, həmin fotoları ona Bakının tarixinin tədqiqatşısı, hazırda İsraildə yaşayan Vladimir Koqan təqdim edib. “Fotolardan göründüyü kimi alman kəşfiyyatçıları havadan həm Bakının mərkəzini, həm neft yataqlarını, hərbi aerodromları çəkiblər. O cümlədən 1942-ci ildə indik Heydər Əliyev prospektinin yaxınlığında yerləşən hərbi aerodromu. Həmin aerodroma ABŞ-ın lend-liz proqramı çərçivəsində göndərdiyi yardımları daşıyan təyyarələr enirdi.
Kadrlarda habelə 193 saylı orta məktəbin binası, 1925-ci ildə tikilmiş 66 saylı məktəb görünür. Xüsusən Bakının mərkəzi aydın düşüb. Bir çox fotolarda mühüm obyektlər görünür. “Bunlar möhtəşəm tarixi fotolardır”-Sapunov deyib.