Bakının bəzi prospekt və küçələrini su basdı - VİDEO / YENİLƏNİB

Baxış sayı:
2073

Ötən gecədən Bakıda yağan aramsız yağışlar nəticəsində bəzi prospekt və küçələri su basıb.
Güclü yağış şəhərin Azadlıq prospekti və Biləcəri qəsəbəsi ərazisində nəqliyyatın və piyadaların hərəkətində çətinliklər yaradıb.
Biləcəri qəsəbəsinin Xudadat Məlikaslanov küçəsində kanalizasiya daşıb və su bir neçə evin zirzəmisinə dolub./Report