Bakının bu yollarında sürət həddi endirildi - DİQQƏT!

Baxış sayı:
1423

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralında - Heydər Əliyev prospektindən Buzovna dairəsinədək və Zığ dairəsi - Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.
 
Bu barədə Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev deyib.
M.Ağayevin sözlərinə görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.