Bakının bu ərazilərində su olmayacaq

Baxış sayı:
2707

Bu gün Bakıətrafı qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar Biləcəri, Binəqədi və Masazır qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Muxalifet.az-a "Azərsu" ASC-dən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.