​Bakının bu ərazilərində su olmayacaq

Baxış sayı:
4526

Sabah paytaxtın Saray, Pirşağı, Kürdəxanı, Novxanı və Goradil qəsəbələrinin bir hissəsinə və bəzi bağ massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən  verilən məlumata görə, buna səbəb Ceyranbatan-Maştağa magistral su kəmərinin Saray qəsəbəsindən keçən hissəsində yenidənqurma işlərinin aparılmasıdır.