​Bakının bu rayonlarında qaz olmayacaq - Xəbərdarlıq

Baxış sayı:
1876

Bakının Xətai və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Xətai rayonu, Ağ şəhər ərazisində yeni çəkilmiş diametri 400 millimetrlik polietilen orta təzyiqli qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi, Binəqədi rayonunun Cavadxan və M.Kazımovski küçələrinin kəsişməsində ayrılan yeraltı diametri 159 millimetrlik orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Zahid Qəmbərov küçəsində yeni çəkilmiş diametri 315 millimetrlik polietilen qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar noyabrın 20-də saat 10:00-dan təmir işləri yekunlaşanadək Xətai rayonunun Xocalı, Nobel, Babək prospektlərinin, UPD qəsəbəsinin, Yusif Səfərov, Sabit Orucov, Fəzail Bayramov küçələrinin eləcə də, Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri təmir işlərinin Yeni Yasamal yaşayış massivi, Şərifzadə, Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.
“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.