Bakının bu prospektində avtomobil yandı - Tıxac yarandı/ FOTO/VİDEO

Baxış sayı:
6670

FHN-in Mətbuat xidmətindən bildirilib ki, yanğından mühafizə bölmələri tərəfindən söndürülən avtomobil yararsız vəziyyətə düşüb. *** 14:44 Bakıda avtomobil yolda yanır. Bakı Nəqliyyat Agentliyindən Muxalifet.az-a verilən məlumata görə, hadisə bir qədər əvvəl Heydər Əliyev prospekti - Hava limanı avtomagistralında baş verib. Magistralda hərəkətdə olan avtomobil qəfil alışıb. Bu səbəbdən hazırda qeyd edilən yolda (şəhər istiqamətində) sıxlıq müşahidə olunur.