​Bakının Brüsseldən daha bir gözləntisi: Vizasız…

Azərbaycan-NATO tərəfdaşlığı qarşılıqlı maraqlar çərçivəsində uğurla inkişaf edir və bu münasibətlərin böyük gələcəyi var.
Bu sözləri Axar.az-a bu gün Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammiti ilə bağlı danışan millət vəkili Asim Mollazadə deyib. Deputat sammit çərçivəsində Azərbaycan prezidenti ilə NATO baş katibinin görüşünü yüksək dəyərləndirib və bu görüşün qarşılıqlı tərəfdaşlıq baxımından mühüm perspektivlər vəd etdiyini vurğulayıb.
Millət vəkili Azərbaycanın Şərq Tərəfdaşlığı sammitindən müsbət gözləntilərinin olduğunu deyib:
“Avropa Birliyi bizim üçün çox mühüm tərəfdaşdır, iqtisadiyyatlarımız bir-birilə sıx bağlıdır. Azərbaycan Avropa Birliyi ilə təkcə iqtisadi əlaqələrlə kifayətlənməyəcək, inanıram ki, sammit çərçivəsində bu əməkdaşlığın genişlənməsinə nail olacağıq”.
A.Mollazadə Bakının Şərq Tərəfdaşlığı sammitindən daha bir gözləntisini də dilə gətirib: “Azərbaycan tələbələrinin vizasız Avropa universitetlərinə qəbul olmaq imkanlarını əldə etmək istəyirik”.
Qeyd edək ki, bu gün Belçikanın paytaxtı Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin sammiti keçirilir.