Bakının Belarusdan aldığı “Polonez” İrəvanda gərginlik yaradıb:erməni “İskəndər”lərinin üstünlüyü heçə enir - ARAŞDIRMA

Baxış sayı:
3709

Ermənistan üçün qəliz bir çağda Belarus RYAS-nın tez bir zamanda  Azərbaycana tədarükü haqda məlumat meydana çıxıb ki, bu da bölgədə durumu daha mürəkkəbləşdirə bilər. “Polonez” 10-15 metr dəqiqliklə 300 km məsafədə hədəfi vurmağa qabildir.
Ermənistanda daxili ixtilafların qaynar bir vaxtında bu ölkə üçün daha bir pis hadisə yetişir. Belarus özünün yeni ağır “Polonez” reaktiv yaylım atəşi sistemlərini (RYAS) Azərbaycana tədarük etməyə başlayır ki, bu da sonuncuya artıq 25 ildən çox çəkən Dağlıq Qarabağ uğrunda mübarizədə hiss olunası üstünlük verə bilər.
Burada ilişik həm də bundadır ki, Belarus da, Rusiya da, Ermənistan da bir hərbi ittifaqdadır – Qazaxıstan, Qırğızıstan və Tacikistanın  daxil olduğu Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatında. Bu fonda rəsmi Minskin güclü silahı KTMT üzrə müttəfiqinin əsas düşməninə tədarük etməsi qəribə görünür.
 
Barıt səpilir
 
Azərbaycanın Belarusdan “Polonez” reaktiv yaylım atəşi sistemi (RYAS) almaq niyyəti haqda informasiya hələ 2017-nin noyabrında Aleksandr Lukaşenko Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşrəkən ortalığa çıxıb. Belarus başçısı o zaman bildirib ki, “Bizim əməkdaşlığımızın hansı xarakter daşıdığı haqda kiminsə qarşısında bəraət qazanmaq istəmirik”.
Lukaşenko vurğulayıb: “Təkcə bir şeyi demək istəyirəm ki, bizim münasibətlərimiz heç bir beynəlxalq müqaviləni, bütünlükdə BMT TŞ-nin də heç bir qətnaməsini pozmur. Biz suveren, müstəqil dövlətik və zamanın ruhuna, dövlətlərimizin tələbatlarına uyğun əməkdaşlıq istiqamətlərini müəyyən etmək haqqımız var”.
Hərbi mütəxəssislər dərhal danışmağa başlayıblar ki, “Polonez”lər Azərbaycana Rusiyanın Ermənistana tədarük edilən “İskəndər” əməliyyat-taktiki raket komplekslərini (ƏTRK) tarazlaşdırmaq imkanı verir. Azərbaycan Müdafiə Nazirliyinin eksperti, istefadakı general-leytenat Yaşar Aydəmirov  hətta bildirib ki, Azərbaycan ordusunun “Polonez”i silahlanmaya qəbul etməyi bölgədə hərbi balansda üstünlüyü gücləndirmək imkanı verəcək. “Sputnik” agentliyi Aydəmirovdan sitat gətirib: “Bizə hərbi əməliyyatların aparılacağı ərazinin coğrafi gerçəkliyinə uyğun gələn “Polonez” kimi silah növləri gərəkdir”. Azərbaycan müdafiə naziri 2018-in əvvəlində Belarusa məxsusi baş çəkib ki, “Polonez”lərin istehsal texnologiyasıyla tanış olsun. “КоммерсантЪ” apreldə isə xəbər verib ki, onun tədarükü artıq ən yaxın aylarda başlana bilər. “Ъ”-nın məlumatına görə, raketlər, nəqliyyat-doldurucu maşınlar, idarə məntəqəsi, radiolokasiya stansiyaları və infrastrukturun başqa ünsürləri daxil olmaqla onlarla kompleksin təhvilini nəzərdə tutan ilk müqavilə artıq bağlanıb. Sazişin maliyyə yönləri elan olunmur.
 
 “Polonez” RYAS atəş mövqeyində
 
Artıq növbəti gün Ermənistan tərəfinin cavabı gəlib. Müdafiə nazirinin mətbuat katibi “Azadlıq radiosu” erməni xidməti üçün şərhdə deyib: “Biz təəssüf edirik ki, satıcı KTMT üzvü olmağından asılı olmayaraq Azərbaycana silah satır. Azərbaycanın yaraq-əsləhəylə təchiz edilməsinə baxmayaraq döyüş hazırlığımızın təminatı üçün həmişə uyğun addımlar atmışıq və atacağıq”.
Öz növbəsində, tanınmamış Qarabağın prezident aparatı başçsı müavini David Babayan əmindir ki, “Polonez”lərin Bakıya satılması haqda məlumatın cavabında Ermənistan məsələni KTMT toplantısında qoymalıdır. O deyib: “Bu cür ölkə belə bir silahı necə sata bilib? Azərbaycan bu silahı müdafiə üçün deyil, hücum, qətl üçün alır. Bu, durumun radikal dəyişikliyinə səbəb olmayacaq. Təbii ki, bu, gərginlik yarada bilər”.
Belarus son 15 ildə Azərbaycana, az qala, Rusiyanın Ermənistana  etdiyindən çox silah tədarük edir. Minsk təkcə 2004-2012-ci illərdə Bakıya 167 milyon $-lıq silah satıb. Bunlar 153 tank, 60 BTR-70, 11 Su-25 təyyarəsi, 120 artsistem, xüsusən də 122 mm-lik D-30 haubitsaları, özütuşlayan “Pion” haubitsaları dır(12 ədəd). Azərbaycanlılar Belarusdan habelə “BUK-MB” zenit-raket kompleksi alıblar.
 “KTMT çərçivəsində imzalanan sənədlər bloka daxil olmayan dövlətlərlə hərbi-texniki əməkdaşlığa mane olmur. Azərbaycandansa Ermənistanın ödəniş qabiliyyəti daha aşağıdır, buna görə də “Polonez” RYAS-ın  sonuncuya satılması rəsmi Minsk tərəfdən daha çox siyasi praqmatizmin növbəti jestidir, – Belarus hərbi eksperti Sergey Martselov “Rosbalt”a deyib. –  Əliyevlə Lukaşenkonun qarşılıqlı mehribanlığı, habelə Azərbaycanın sıfırıncı illərdə Belarus silahına sərf etdiyi məbləğ nəzərə alınsa. Lakin Belarus dövləti başçısının iddiaları daha uzağa gedir. O, artıq bildirib ki, RYAS-dan savayı ölkənin Rusiya “İskəndər”inə rəqib əməliyyat-taktiki kompleksi meydana çıxacaq”.
 
Növarası rəqabət
 
Hərbi ekspertlər “Polonez”ə Rusiyanın “İskəndər” RYAS-a gerçək rəqib kimi baxırlar. Lakin bunlar tamamilə müxtəlif növ silahlardır. Birinci – reaktiv yaylım atəşi sistemi, “Katyuşa” və “Qrad”ın varisi, ikinci isə ballistik raketdir.
 ““Polonez”lə “İskəndər” RYAS-ı tutuşdurmaq çətindir. Döyüş tətbiqi praktikasını heç kim ləğv etməyib. “İskəndər” düşmənin hərbi infrastrukturunu, HHM və RƏM sistemlərini nöqtəvi məhv etmək üçün effektlidir, – Sergey Martselov deyib. – Yaylım atəşi sistemi meydançalar üzrə işləyir, nişanlaması xeyli zəifdir, mülki əhalini və düşmənin sıx yerləşən hərbi bölmələrini pərən-pərən salır. “Polonez”in yeni sursatının bəyan edilən mənzili (300 km) nəzərə alınsa, Rusiyanın Ermənistana  tədarük etdiyi “İskəndər”ixracat versiyası ilə, demək olar, eynidir”.
 
“İskəndər” raketi
 
Bununla yanaşı, “Polonez” heç də özünün sovet əcdadları kimi “qəpiyə ağ işıq kimi zilləşmir”. Onun ağır raketlərinin fərdi yönəlişi və yüksək dəqiqliyi var: 10-15 metr yayınmadan artıq olmayaraq 300 km uzaqlıqdakı hədəfi vurur. Belarus ordusunun silahlanmasına 2016-da daxil olub. İlk yeniliyi isə ictimaiyyətə 2015-ci il 9 may paradında  göstəriblər. Aleksandr Lukaşneko öz çıxışlarında “Polonez” haqda belə deyib: “Bu sistem bizim gözləntilərimizi aşıb. O, artıq bu gün xarici dövlətlərin tələbatına yarayır. Və biz öz ordumuzu da təchiz etməklə dünyanın bir neçə dövləti üçün bu çox bahalı silahın istehsalına başlamışıq”.
Ümumiyyətlə isə, Belarusda heç vaxt raket buraxılmaıyb, ölkədə uyğun mühəndis bazası yoxdur. Belə ki “Polonez” Çinlə şərik layihədir: Belarus şassisi və elektronikası və Çin raketi. Maraqlısı budur ki, “Polonez”də də “İskəndər”in MTDZ-7930 “Astroloq” şassisindən istifadə olunur. Onda Dzerjinskidəki nöqtəvi elektronika zavodunun yaratdığı 300 mm-lik kalibrli raketlərlə təchiz edilən səkkiz nəqliyyat-buraxılış konteyneri yerləşir. O, 50-300 km məsafədə hədəfi vura bilir. Onun son mənzil sınağı 2017-nin oktyabrında keçirilib.
Mütəxəssislər bu fikrə meyllənirlər ki, “Polonez” üçün Belarus raketləri Çinin A200 RYAS-ı üçün “məmulatlar”a bənzəyir. Artıq Çinin M20 raketi (ixracat variantı DF-12) bazasında daha uzaqmənzilli sistemin silahlanmaya qəbul edilməsi üzrə planlar səsləndirilib. Həm A200, həm də M20 Çin sənayesi tərəfindən quru qoşunları üçün vahid raket-artilleriya sistemiylə təchizatda variant kimi təqdim olunur.
Yeklunda deməyinə dəyər ki, bu sövdələşmə Belarus üçün çətin ki ancaq “biznes”dir. Minsk və Bakının “özəl münasibətləri” Belarus rəhbərliyi üçün Moskvayla müəyyən məsafə saxlamaq üsullarından biridir. Aleksandr Lukaşenko Kremllə münasibətlərin kəskinləşdiyi ağır məqamlarda Azərbaycana söykənir. Məsələn, Əliyev 2010-cu ilin iyununda Belarus-Rusiya qaz münaqişəsinin zirvə vaxtında “Qazprom”a borcu təcili bağlamaq üçün Belarusa 200 milyon dollar kredit verib. Habelə Minsk dəfələrlə – netf tədarükü ətrafında Rusiya ilə mübahisələrin gedişində – özünün NEZ-ləri üçün Azərbaycandan alternativ neft alqısı üçün sxemlər hazırlayıb: dənizlə Odessaya qədər, sonra isə Ukrayna üzərindən dəmiryoluyla. Bu sxem həmişəlik olmayıb, amma Lukaşenkonun siyasi qətiyyətini sərgiləyib.
Tərcümə Strateq.az-ındır.